5.50 €–110.00 €Price range: 5.50 € through 110.00 €
17.52% CaO + orqanik turşular
Yüksək keyfiyyətli bitki mənşəli orqanik turşu zəncirləri ilə kompleksləşdirilmiş kalsium
məhlulu. Bitkiyə kalsium təmin edir, kök zonasında duzların hərəkətini asanlaşdırır,
torpağda şoranlığı aradan qaldırır, bitkidə osmotik stressi azaldır və torpağın fiziki,
kimyəvi və bioloji xüsusiyyətlərini yaxşılaşdırır
5.8% sərbəst amin turşuları + 3.3% N + 11.3% P2O5 + 4.0% K2O (w/v)
Bitki mənşəli spesifik amin turşularının, fosforun və kaliumun balansı ilə hazırlanmış biostimulantdır.
Bu məhsul ikili təsirə malikdir: qidalanma və stimullaşdırma. Daha çox kök tükləri və hopdurma ilə
sağlam, geniş kök sistemlərinin inkişafına kömək edir. Stressli vəziyyətlərdə (transplantasiya, şaxta,
toksiklik və s.) bitkini qidalandırır və əlavə enerji verir, onun sürətli bərpasına və nəticədə vegetativ
aktivləşməsinə kömək edir.
4.1% N + 2.42% Fe + 0.72% Mn + 0.48% Zn + 15.6% sərbəst amin turşuları (w/v)
Hidroliz edilmiş bitki zülallarının və mikroelementlərin optimal kombinasiyası ilə olan biostimulyatordur.
Bitkilərin stresli vəziyyətlərə hazırlaşmasına və/və ya aradan qaldırılmasına kömək edir. Amin
turşularının olması böyümə və çiçəkləmə dövrlərində kömək edir, beləliklə bitkilərdə daha yüksək
məhsuldarlığı və keyfiyyəti stimullaşdırır. Bu amin turşuları zülal sintezində iştirak edərək bitkinin
enerjisini digər fizioloji proseslər üçün saxlayır. Onlar həmçinin xlorofilin, vitaminlərin və müxtəlif
fermentlərin əmələ gəlməsini stimullaşdıran maddələr mübadiləsinin tənzimləyicisi kimi çıxış edirlər. O,
müxtəlif CODA məhsulları və əsas NPK qübrələri ilə birgə tətbiq olunur və sinergetik effektlər yaradır
Yüksək kalium konsentrasiyası
(K2O) olan yarpaq gübrəsidir.
Yüksək keyfiyyətli meyvə, şəkər
və dad artırılması, rəng və hətta
kalibrın böyüməsi üçün xüsusilə
məhsul yığımından əvvəlki
mərhələlərdə kaliuma
maksimum tələbat olan dövrlər
üçün uyğundur. Bundan əlavə,
bitkidə fotosintez və
transpirasiya kimi müxtəlif
prosesləri tənzimləyir. Bu
formulasiya aşağı pH-a malik
olduğundan, yarpaqlarda öz
mənimsənilməsini asanlaşdırır
və aqrokimyəvi qarışıqlarda pH
tənzimləyicisi kimi istifadə edilə
bilər.
Leonarditdən çıxarılan humik və fulvik turşuları olan maye üzvi
korrektor. Torpağın fiziki quruluşunu yaxşılaşdırır və KMT-u (Kation
Mübadilə Tutumu) artırır. Bu məhsulu tətbiq etməklə biz torpaqda
mövcud olan qida maddələrinin blokunu açır və mənimsəmə
qabiliyyətini artırırıq. Torpağın mikrobiotasına təsir edərək mikrob
biokütləsini və onun fəaliyyətini artırır. Torpağın keyfiyyətli
formalaşmasına kömək edir, kök kütləsini və suyun saxlanmasını
artırır
Rəylər
Rəy yoxdur.