144.00 €–288.00 €Price range: 144.00 € through 288.00 €
ChampIon WG istifadəsi asan və yüksək effektivliyə malik mis hidroksid formuludur. Suda həll olan
qranul (WG) şəklində təqdim edildiyi üçün geniş səth örtüyü və funqisid qoruma təmin edir.
Üstəlik, ChampIon WG avadanlıqları tıxamır və gündə daha çox sahənin işlənməsinə imkan yaradır.
Nufarm şirkətinin Klini Xtreme herbisidini unikal saymaq olar. Çünki, o həm kalium, həm də IPA duzları ilə
Dual Salt Technology™ təklif edən yeganə qlifosat məhsuludur. Sürətli mənimsənilmə daha sürətli
aktivliyə və yağışa davamlılığa gətirib çıxarır, buna görə də onu əminliklə tətbiq edə bilərsiniz. Hətta
donuz otu və kəndirotu kimi sərt alaq otları Klini Xtreme üçün problem deyil.
Təsiredici maddə :
Qlifosat: izopropil amin duzu (30.94%), kalium duzu (22.99%)
FORMA:Maye
ƏSAS ÜSTÜNLÜKLƏRİ:
• Xüsusi Dual-Salt Texnologiyasını əhatə edir; əla məhsul
təhlükəsizliyi təmin edir
• Tez yanma ilə ən sərt alaq otlarını aradan qaldırır və çıxmağının
qarşısını alır
• Hətta sərt və keyfiyyətsiz su ilə tətbiq olunduqda belə əla
göstəricilərə malikdir
• 100% yağışa davamlıdır
• Bir çox alternativ glifosat məhsullarından daha çox əraziyə təsirini
göstərir
Təsiredici maddəsi Amisulbrom olan innovativ formulamız üzüm, kartof və tərəvəzlər
üçün təhlükə yaradan unlu şeh, dəmqil, yalançı unlu şeh və boz çürümə kimi
zərərvericilərə qarşı gücünü sübut edib. Leimay yağışa qarşı dayanıqlıdır.
Tərkibi: 200 q/l amisulbromla zəngin süspansiyon konsentratı.
Leimay doğru şəkildə tətbiq olunduqda, həm kartofda, həm üzümdə boz çürüməyə və
unlu şehə qarşı kökdən yarpaqlara kimi mübarizə aparır. Leimay’ı mövsümün əvvəlində
(vegatasiya) qoruyucu kimi istifadə etdikdə, zərərvericilərin infiltrasiyasına qarşı nəhəng
bir maneə rolunu oynayır.
Bu kritik məqamda zərərverici ilə mübarizə aparılmasa, məhsuldarlıq itkilərinə gətirə
bilər.
Tövsiyə olunan doza: Hər hektar üçün 0,4/0,5l (600l-1000l su ilə), maksimum ümumi
doza hektar başına 3 litrdən artıq olmamalıdır.
Geniş spektrli fungisid, aktiv maddəsi 400 g/l pyrimethanil, suspensiya-konsentrat
formasında.
Tətbiq sahəsi və üstünlükləri:
Meyvə ağacları, tərəvəz
və üzüm bağlarında bir çox göbələk xəstəliklərinə
qarşı kontakt təsir göstərir. Göbələyin metionin amin
turşusunun biosintezini pozur—bu isə hüceyrə
zülallarının azalmasına və patogenin
fəaliyyətsizləşməsinə gətirib çıxarır. Qalıcı örtük
yaradır və vaxtında mühafizə təmin edir, yağış
sonrası yuyulma riski azdır.
İnteqrasiyalı mübarizə sistemlərində istifadə
olunmağa uyğundur — rezistentlik riski effektiv
şəkildə idarə edilir.
İstifadə qaydası:
Bitki növü və xəstəliyə görə doza və tətbiq vaxtı
dəyişir. Məsələn, meyvə ağaclarında və üzüm
bağlarında vegetasiya dövründə uyğun şəraitdə
istifadə oluna bilər.
Reviews
There are no reviews yet.